Praqada görüşündə gərgin keçən şam yeməyi – Ərdoğan kimlə mübahisə edib?

Çexiyanın paytaxtı Praqada keçirilən Avropa Siyasi Birliyinin sammitində prezident Ərdoğan və Yunanıstanın baş naziri Mitsotakis arasında gərginlik yaşanıb.

Bu barədə yunan mətbuatı iddia irəli sürüb. Qeyd olunub ki, son aylarda Ankara-Afina xəttində gərginliyin günbəgün artdığı zamanda Türkiyə prezidenti və Yunanıstanın Baş naziri dünən ilk dəfə eyni tədbirə qatılıb.

Yunanıstanın ən çox oxunan qəzetlərindən olan “Kathimerini”nin ingiliscə sayında dərc olunan xəbərə görə, Ərdoğan şam yeməyi zamanı Yunanıstanla bağlı açıqlamalar verib.

“Şam yeməyi Miçotakislə Ərdoğan arasında mübahisə meydanına çevrilib. Türkiyə prezidenti Yunanıstana qarşı iddialarını təkrarlayıb. Əldə edilən məlumata görə, Türkiyə lideri Afinanın təxribat xarakterli hərəkətləri ilə bölgədəki gərginliyi artırdığını deyib. Eyni mənbələrə əsasən, baş nazir Mitsotakis  dərhal Türkiyənin Egey adalarının suverenliyini şübhə altına almasını dayandırmasını söyləyib”, deyə yazıda qeyd olunub.

Savaş org

ƏVVƏLKİ XƏBƏR

"Formula 1": Maks Ferstappen həftəsonu ardıcıl 2-ci çempionluğunu rəsmiləşdirə bilər

SONRAKI XƏBƏR

Aygün Kazımovanın qızı İlqarənin 32 yaşı tamam oldu - FOTO