Ərdoğan yalnız bu ölkəyə razılıq verdi

Ərdoğan yalnız bu ölkəyə razılıq verdi<span class="qirmizi"></span>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyanı müxtəlif vaxtlarda NATO-ya üzv olmağa dəvət edib. Eyni zamanda, hər iki ölkəni Ankaranın terrorçu hesab etdiyi qrupları dəstəkləməkdə ittiham edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Ərdoğan bildirib ki, terror təşkilatları öz küçələrində və parlamentində nümayiş keçirdikcə, Türkiyə İsveçə müsbət baxmayacaq.

Prezidentin sözlərinə görə, Türkiyə Finlandiya ilə ən yaxşı münasibətlərə malikdir, çünki o, terrorçuların sərbəst gəzdiyi ölkə deyil:

“NATO son qərarı verməli olacaq və onlar Finlandiyanın xeyrinə qərar versələr, əlbəttə ki, bizdən tələb olunan hər şeyi edəcəyik”, - Ərdoğan bildirib.

Mənbə: axar.az