Praqa görüşü: Azərbaycanın mövqeyi daha da gücləndi

Praqa görüşü:  Azərbaycanın mövqeyi daha da gücləndi<span class="qirmizi"></span>

Tarixən Fransanın ermənipərəst mövqedə dayandığını heç vaxt gizlətməyən rəsmi Paris daim Azərbaycana qarşı təzyiq cəhdlərinə təşəbbüs göstərib. Fransannın sabiq prezidenti Nikolya Sarkoznin Ermənistanı öz ölkəsinin “dostu və kiçik bacısı” adlandırması bu mövqenni ifrat səviyyədə olduğunun sübutudur. Bu baxımdan, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə Praqadakı görüşündə Fransa prezidentinin iştirakı fonunda “qətiyyətli” görünməsi təsadüfi deyildi. Amma atalar deyib ki, sən saydığını say gör fələk, dünənki görüşə münasibətdə Azərbaycan Prezidenti, nə sayır. Gizli qapılar arxasında məsləhətləşmələr aparan Fransa və Ermənistan rəhbərlərinin Praqa görüşü üçün Azərbaycana qarşı müxtəli hiylələr planı və tələlələr hazırladığı istisna deyildi ki, bu da gərgin danışıqlar prosesində sübuta yetdi. Rəsmi Bakıya təzyiq göstərməyə çalışan “bacılar” Azərbaycan-Ermənistan sərhəddində baş vermiş son insidentləri bunun üçün çox əlverişli alət də sayırdılar. Amma Fransa-Ermənistan tandeminin Azərbaycana qarşı “badalaq” siyasəti növbəti dəfə iflasa uğradı. 5 saatdan artıq çəkən 2 hissəli danışıqlarda Preaident İlham Əliyevin prinsipial mövqeyi və qətiyyətli məntiqi qarşı tərəfin bütün təzyiq cəhdlərini neytrallaşdırdı ki, bu, da öz növbəsində, “bacıların” hazırladqıları məkrli planların həyata keçməsinə imkan vermədi.

Əvvəla, görüşün nəticələri üzrə yekun bəyanatda, BMT nizamnaməsi əsas sənəd kimi götürülməklə, Azərbaycan və Ermənistanın qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaları müddəası öz əksini tapdı. Bu, faktiki olaraq, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunun və suverenlik hüququnu dəstəkləməklə Ermənistannın Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanımasının təsdiqidir.

İkincisi, sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsi razılaşdırıldı ki, bu da sözügedən məsələdə Ermənistanın destruktiv mövqeyinə vurulan ciddi zərbədir. Çünki məhz İrəvanın bu prosesi hər vəchlə əngəlləməyə çalışması problemin həlli yönündə addımlar atmağa imkan vermirdi.

Üçüncüsü, regionda öz iştiraklarını reallaşdırmaq üçün Avropa İttifaqının və Fransanın bizim də ərazilərimizi əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaratmaq təklifi Azərbaycan Prezidenti tərəfindən qəbul olunmadı. Azərbaycanın qəti mövqeyi qarşılığında belə bir missiyanın yalnız Ermənistan ərazisində fəaliyyət göstərəcəyi qərarı verildi. Azərbaycan isə öz maraqlarından irəli gələn məqamlarla bağlı etimad quruculuğuna, sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək həmin missiya ilə əməkdaşlıq edəcək. Yeri gəlmişkən, vaxtilə Minsk qrupunun həmsədrləri belə bir monitorinq mərkəzinin bizim ərazilərdə - münaqişə tərəflərinin təmas xəttində yaradılması ilə bağlı Azərbaycana ciddi təzyiqlər göstərməyə çalışırdılar. Lakin onda məhz Prezident İlham Əliyevin qətiyyətli mövqeyi buna imkan vermədi. Həmin vaxt rəsmi Bakı, belə bir missiyanın bizim işğal altındakı ərazilərimizdə yox, yalnız və yalnız Azərbaycan-Ermənistan sərhəddində yaradılmasının beynəlxalq hüquqla uzlaşdığını sübuta yetirdi. Onda Ermənistana qahmar çıxanlar indi daha da geri mövqelərə çəklimək məcburiyyətində qaldılar.

Dördüncüsü, Azərbaycanın maraqlarının Prezident İlham Əliyev tərəfindən böyük bir ləyaqətlə qorunması müqabilində, sözügedən sərhəd missiyasına razılıq verən Ermənistanın suveren dövlət olmadığı bir daha sübuta yetdi. Əslində bu addımın atılması son vaxtlar onsuz da anti-Rusiya isteriyasına mübtəal olmuş Ermənistanın Moskvaya qarşı sərgilədəyi sərt çağırşıdır. Çox güman ki, Kreml də bununla bağlı Ermənistandan sərt hesabat tələb edəcək.

Beşincisi, yekun sənəddə Zəngəzur dəhlizi ilə bağlı məqamın yer almaması isə, bu məsələnin 2020-ci il 9 noyabr bəyanatı ilə tənzimləndiyindən və hər zaman aktual olmasından, həyata keçirilməsi müstəvisində işlərin davam etdirildiyi reallığından irəli gəlir. Postmünaqişə dövründə münasibətlərin tənzimlənməsi yönündə görülən işlər və fedən proseslər ondan xəbər verir ki, Ermənistanın və onun havadarlarının bütün ciddi-cəhdlərinə baxmayaraq, bütün imkanlarını işə salan Azərbaycan, İrəvanı 2020-ci il 9 noyabr üçtərəfli Bəyannaməsi çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərin icrasına məcbur edəcək. Bu prosesin mənriqi sonluğu isə Cənubi Qafqazda, sülhün, sabitliyin, təhlükəsizliyin və geniş iqtisadi əməkdaşlığın tərəfdarı olan Azərbaycanın və digər ölkələrin növbəti siyasi-diplomatik qələbəsi olacaq.

Sahil İsgəndərov, politoloq

 

Mənbə: azvision.az