Gürcüstan Türkiyədən bu hərbi texnikanı alacaq

Gürcüstan Türkiyədən bu hərbi texnikanı alacaq<span class="qirmizi"></span>

Gürcüstan Türkiyədən NATO standartlı yeni zirehli transportyorlar alacaq.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Gürcüstan Müdafiə Nazirliyi ilə Türkiyənin Milli Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən ASFAT arasında müqavilə imzalanıb və bu müqavilə əsasında Gürcüstana yeni zirehli transportyorlar gətiriləcək”, - məlumatda deyilir.

Qeyd edək ki, ABŞ Gürcüstana Rusiyadan gələcək potensial təhlükələrə qarşı müdafiə qabiliyyətini gücləndirmək üçün 35 milyon dollar verəcək. 2022-ci ilin əvvəlindən isə Gürcüstan ABŞ-dan “Javelin” tank əleyhinə sistemlərin yeni partiyasını alıb. Sentyabrda ABŞ Gürcüstana 11,5 milyon dollarlıq hərbi yardım köçürüb.

Mənbə: axar.az