Bölgədə uzunmüddətli sülh əldə olunacaq - Sahil Kərimli

Bölgədə uzunmüddətli sülh əldə olunacaq - Sahil Kərimli<span class="qirmizi"></span>

Azərbaycan döyüş meydanlarında olduğu kimi, diplomatik müsətvidə də qələbələr qazanmaqda davam edir. Tam əminliklə demək olar ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi ilə Ermənistan tezliklə sülhə məcbur ediləcək və bölgədə uzunmüüdətli sülh əldə olunacaq.

Bu fikirləri Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli Azərbaycan Prezidenti İlham Əliyevin Çexiyanın paytaxtı Paraqada keçirdiyi görüşləri şərh edərkən bildirib.

O deyib ki, aparılan danışıqlar zamanı həmişə olduğu kimi, Azərbaycanın milli maraqları qətiyyətlə qorunub: "Əsas məsələ ondan ibarətdir ki, Ermənistanı daim müdafiə edən dairələrin ciddi cəhdlərinə baxmayaraq, Azərbaycan Prezidenti böyük əzm və prinsipiallıq nüamyiş etdirib və sülhə aparan yolda dövlətçilik maraqlarımız qorunmaqla ciddi irəliləyişlərə nail olunub. Ermənistanın Azərbaycanın ərazi bötüvlüyünü tanıması, sərhədlərin müəyyənləşdirilməsi istiqamətində müəyyən irəliləyişlər, xüsusilə də Qarabağın Azərbaycanın daxili məsləsi olduğunu bütün dünyaya qəbul etdirmək, bu məsləyə xarici müdaxilələrin yolverilməz olduğunu başa salmaq kimi məqamlar ciddi əhəmiyyətə malikdir. Hesab edirəm ki, bu və digər nəticələr Azərbaycan dövlətinin unikal uğurudur.

S.Kərimli bildirib ki, Azərbaycanın əsas hədəfi Ermənistanı sülhə məcbur etmək, bununla da Cənubi Qafqaz regionu üçün tamamilə yeni inkişaf mərhələsi başlatmaqdan ibarətdir: "Azərbaycan Prezidentinin yaratdığı yeni reallıqlar bütün dünya tərəfindən qəbul edilir, dəstəklənir. Çünki, hədəfimiz bölgədə sülh və təhlükəsizliyi bərqarar etməklə iqtisadi inkişafa təkan vermək, enerji, nəqliyyat kommunikasiya imkanlarımızdan dünyanın daha effektli yararlanmasına şərait yaratmaqdır. Azərbaycanın bu xoş niyyəti, praqmatik siaysəti şübhəsiz ki, beynəlxalq dairələrin diqqətini cəlb edir və bu siyasət təqdir edilir. Ermənistanın ötən iki il ərzində qeyri-konstruktivlik nümayiş etdirən hərbi siyasi rəhbəriliyi də bu reallıqları qəbul etmək məcburiyyətindədir".

S.Kərimli onu da qeyd edib ki, Praqada keçirilən görüşləri şərh edərkən Azərbaycan Prezidentinin Avropada sürətlə artan nüfuzunu da xüsusi vurğulamaq laızmdır: "Bu gün nəinki Avropada, bütün dünyada Prezident İlham Əliyevə, onun timsalında Azərbaycan dövlətinə böyük hörmət və ehtiram, inam və güvən formalaşıb. Azərbaycanın dünyanın enerji təhlükəsizliynə verdiyi əvəzsiz töhvələr, bütün sahələrdə etibarlı tərəfdaş olması bu nüfuzu daha da möhkəmləndirir. Biz istər bir neçə gün əvvəl Bolqarıstanda, istərsə də dünən Çexiyada keçirilən görüşlərdə Avropa liderlərinin Prezident İlham Əlyevə göstərdikləri xoş və isti münasibətin şahidi olduq. Bütün bu amillər onu göstərir ki, Azərbaycan dövləti bundan sonra da qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyəcək və dövlət başçımızın da dəfələrlə vurğuladığı kimi biz hər zaman istədiyimizə nail olacağıq".

Milli.Az

Mənbə: news.milli.az