Lukaşenko Putinə traktor hədiyyə edəcək – VİDEO

Sankt-Peterburq yaxınlığındakı Konstantinovski sarayında MDB dövlət başçılarının qeyri-rəsmi sammitindən əvvəl "Life" nəşrinin jurnalisti Aleksandr Lukaşenkodan Vladimir Putinin bugünkü ad gününə hansı hədiyyə gətirdiyini soruşub.

Bizim.Media xəbər verir ki, Belarus liderinin cavabı təəccübləndirib.

Lukaşenka deyib ki, o, Putinə ad günü üçün traktor hədiyyə edəcək.

"Traktor. Əl işidir. Mən özüm də beləsi ilə çalışıram”, - Belarus prezidenti deyib.

Lukaşenko əlavə edib ki, bu traktorun köməyi ilə taxıl səpmək, sonra isə onu Avropaya çatdırmaq olar ki, “acından ölməsinlər və Ukraynadan çörək oğurlamasınlar”.

Bu gün ad gününü qeyd edən Rusiya prezidenti Vladimir Putinə dünyanın hər yerindən çoxsaylı təbrik teleqramları gəlir.

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev, Qırğızıstan rəhbəri Sadır Japarov, Kuba lideri Migel Diaz-Kanel Bermudez, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Cənubi Afrika Respublikasının lideri Siril Ramafosa artıq şəxsən onu telefonla təbrik ediblər.

Bizim.Media
 

 

 

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

“Qarabağ”ın dünənki qələbəsinə BÖYÜK MÜKAFAT: Məbləğ AÇIQLANDI

SONRAKI XƏBƏR

Ərdoğanla Putin görüşə bilər