ABŞ-nin BMT-dəki nümayəndəsindən Rusiyanı qəzəbləndirən AÇIQLAMA

ABŞ-nin BMT-dəki nümayəndəsindən Rusiyanı qəzəbləndirən  AÇIQLAMA<span class="qirmizi"></span>

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild iddia edib ki, Rusiyanın muzdlu şirkəti “Vaqner” Afrikadakı təbii sərvətləri istismar edərək oradakı qazancı ilə Ukrayna müharibəsini maliyyələşdirir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qrinfild bu sözləri deyib:

“Afrika sakinləri Vaqnerin resursların istismarı və insan hüquqlarının pozulmasına görə çox ağır bədəl ödəyirlər, bundan şübhəniz olmasın”.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Tomas-Qrinfildin açıqlamasına reaksiya verib:

“Onlar əslində bu açıqlama ilə öz plan və məqsədlərini, Afrika ölkələrindən nə istədiklərini göstərdilər”.

Mənbə: manset.az