Ermənistan öz ərazisinə nə qədər mina basdırıb?

Ermənistan öz ərazisinə nə qədər mina basdırıb?<span class="qirmizi"></span>

2022-ci ildə Zəngəzur, Göyçə, Dərələyəz, Tavuş bölgələrində araşdırma aparılıb və nəticələr göstərir ki, Ermənistanda mina və partlamamış hərbi sursatlarla çirklənmiş ərazilər 18 milyon 310 min kvadratmetrdir.

Axar.az xəbər verir ki, bunu Ermənistan Humanitar Minatəmizləmə üzrə Ekspert Mərkəzinin nümayəndəsi Karine Haxnazaryan deyib.

“Ermənistanın yuxarıdakı dörd rayonu mina və partlamamış hərbi sursatlarla çirklənmə baxımından ən təhlükəli sayılır, lakin zərər çəkən təkcə bu rayonlarda deyil. Təqdim olunan məlumatlar sentyabrın 13-14-dən əvvəlki dövrə aiddir. Bu il Zəngəzur rayonunun Zeyvə kəndi icmasında 55 min kvadratmetrdən çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib”, - o bildirib.

Qeyd edək ki, Azərbaycan Ordusu heç vaxt Ermənistan ərazisində olmayıb və sərhəddəki minaları da Azərbaycan döşəməyib. Bu minaları öz ərazisinə Ermənistan ordusu basdırıb.

Mənbə: axar.az