Volodimir Zelenski: “Rusiya danışıqlar mövzusunu manipulyasiya edir”

“Rusiya danışıqlar mövzusunu manipulyasiya edir”.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının iclasında videokonfrans formatında çıxışı zamanı deyib.

O bildirib ki, Moskvanın məqsədi qoşunlarını yenidən toplamaq və vaxt qazanmaqdır.

V.Zelenski, həmçinin belə danışıqlar təklifi ilə razılaşmadığnı söyləyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda Rusiyanın şərtləri daxilində danışıqlara hazır olduğunu bildirmişdi. V.Zelenski isə V.Putinlə danışıqlar aparılmaması barədə sərəncam imzalamışdı.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Ukrayna Kuril adalarını Yaponiya ərazisi kimi tanıyıb

SONRAKI XƏBƏR

Əvvəlki Ələt-Astara yolunun Biləsuvar və Cəlilabaddan keçən hissəsi keçilməz hala düşüb