Nobel Sülh mükafatına layiq görülən Bialiatski kimdir?

Nobel Sülh mükafatına layiq görülən Bialiatski kimdir?<span class="qirmizi"></span>

Xəbər verdiyimiz kimi, Nobel Sülh Mükafatının laureatları məlum olub.

Paralel.az xəbər verir ki, builki laureatlar bir hüquq müdafiəçisi və iki təşkilat - belaruslu Ales Bialiatski, Rusiyanın “Memorial” və Ukraynanın “Vətəndaş Azadlığı Mərkəzi” təşkilatı “ölkələrində vətəndaş cəmiyyətini təmsil etdiklərinə görə” 2022-ci ilin Nobel Sülh Mükafatına layiq görülüblər.

Ales Bialiatski bu il sözügedən mükafata layiq görülən yeganə şəxs olduğu üçün onun kimliyi xüsusilə maraq doğrurub.

A.Bialiatski Belarus ədəbiyyatı alimidir, 1984-cü ildə Homiel Dövlət Universitetinin rus və belarus filologiyası fakültəsini bitirib.
1980-ci illərin əvvəllərində Bialiatski bir sıra demokratiya tərəfdarı təşəbbüslərdə, o cümlədən Belarusun Sovet İttifaqından çıxmasına və suveren və demokratik ölkə formalaşmasına kömək etmək məqsədi daşıyan “Müstəqillik” Belarus Gizli Partiyası adlı qrupda iştirak edib.

Bialiatski Belarus Xalq Cəbhəsinin və Belarus Katolik İcmasının qurucularından biri, 1991-1996-cı illərdə Minsk Şəhər Deputatlar Şurasının üzvü, 2007–2016-cı illərdə Beynəlxalq İnsan Hüquqları Federasiyasının (FIDH) vitse-prezidenti olub.
2020-ci ildə Belarus etirazları zamanı Bialiatski Sviatlana Tsixanouskayanın Koordinasiya Şurasının üzvü olub.

4 avqust 2011-ci ildə Ales Bialiatski vergidən yayınma ( Belarus Respublikası Cinayət Məcəlləsinin 243-cü maddəsinin 2-ci hissəsi, “xüsusilə böyük miqyasda mənfəəti gizlətmə”) ittiham ilə həbs edilib.

24 oktyabr 2011-ci ildə Bialiatski azadlıqdan məhrum edilib və əmlakı müsadirə olunub. Bialiatski özünü təqsirli bilməyib və bildirib ki, pul onun bank hesablarına Viasnanın insan hüquqları sahəsində fəaliyyətini əhatə etmək üçün daxil olub.
Belarus hüquq müdafiəçiləri, eləcə də Avropa İttifaqı liderləri, Aİ hökumətləri və ABŞ Bialiatskinin siyasi məhbus olduğunu bildirib və ona verilən hökmü siyasi motivli adlandırıblar. 15 sentyabr 2011-ci ildə Avropa Parlamenti xüsusi qətnamədə Bialiatskinin dərhal azad edilməsini tələb edib.

Onun həbsdə olduğu müddətdə misli görünməmiş beynəlxalq həmrəylik kampaniyası başladılıb. Hətta Bialiatskinin həbs olunduğu gün olan avqustun 4-ü hər il Belarus Vətəndaş Cəmiyyəti ilə Beynəlxalq Həmrəylik Günü kimi qeyd olunur.

O, 21 iyun 2014-cü ildə azadlığa buraxılıb.

2006-cı ildə Bialiatski Norveç Helsinki Komitəsi tərəfindən "Andrey Saxarov Azadlıq", İnsan Hüquqları üzrə Belarus Milli Mükafatına və İsveçdə İlin hüquq müdafiəçisi mükafatlarına layiq görülüb.
Bialiatski 2006 və 2007-ci illərdə də daxil olmaqla beş dəfə Nobel Sülh Mükafatına namizəd göstərilib.
2020-ci ildə o, "Alternativ Nobel Mükafatı" kimi tanınan “Doğru Yaşayış Mükafatı”na layiq görülüb.
14 iyul 2021-ci ildə Belarus polisi “Viasna”nın bütün ölkə üzrə işçilərinin evlərində axtarış aparıb və mərkəzi ofisə basqın edib. Vergidən yayınmaqda ittiham edilən Bialiatski 1 yanvar 2022-ci ildə növbəti dəfə azadlıqdan məhrum edilib və o, hələ də həbsdədir.

Billurə

 

Mənbə: paralel.az