Səfərbərliyə görə Rusiyanın Sankt-Peterburq şəhərində Yeni il tədbiri ləğv edilib

Səfərbərliyə görə Rusiyanın Sankt-Peterburq şəhərində Yeni il Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi Yeni il və Milad bayramı tədbirləri ləğv ediləcək, qənaət olunan vəsait könüllülər və səfərbərliyə cəlb olunanlar üçün əlavə avadanlıqların alınmasına sərf olunacaq.Ednews xəbər verir ki, bu barədə şəhər administrasiyasının saytında məlumat verilib."Qubernator Aleksandr Beqlovun şəhər hökumətinin üzvləri ilə görüşündə Yeni il münasibətilə əvvəllər planlaşdırılan şənlik tədbirlərinin ləğvi barədə qərar qəbul edilib. Qənaət edilən vəsaitdən məqsədli şəkildə istifadə olunacaq, könüllülər və səfərbərliyə cəlb olunanlar üçün xərclənəcək”, - deyə məlumatda qeyd olunub.Belə ki, Dvortsovaya meydanında və Nevski prospektində konsert, ənənəvi atəşfəşanlıq, “Milad ulduzu” festivalı, Tavride sarayında xeyriyyə qəbulu keçirilməyəcək.Rusiyanın daha bir neçə şəhərində də oxşar qərarlar qəbul edilib.

Ednews.net

ƏVVƏLKİ XƏBƏR

Sumqayıt-Bakı qatarına yeni reyslər əlavə olunub - CƏDVƏL

SONRAKI XƏBƏR

Saakaşvilinin anası danışdı: Onu heç vaxt belə görməmişdim