Hindistanda qar uçqunu nəticəsində ölənlərin sayı 26-ya çatıb

Hindistanda qar uçqunu nəticəsində ölənlərin sayı 26-ya çatıb<span class="qirmizi"></span>

Hindistanın şimalındakı Uttarxand ştatında Himalay dağında qar uçqunu nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “The Print” qəzeti məlumat yayıb.

Bu gün aparılan xilasetmə əməliyyatı zamanı daha 7 nəfərin cəsədi tapılıb. Onların təxliyəsi hava şəraitindən asılı olaraq helikopterlə həyata keçiriləcək.

Mənbə: report.az