Ərdoğan İzzetbeqoviçlə danışdı: Seçki müzakirəsi...

Ərdoğan İzzetbeqoviçlə danışdı: <span class="qirmizi">Seçki müzakirəsi...</span>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinanın Demokratik Hərəkət Partiyasının sədri Bəkir İzzetbeqoviçlə bu ölkədə keçirilən seçkilərin nəticələrini müzakirə edib.

B.İzzetbeqoviç telefon danışığı zamanı Ərdoğana Demokratik Hərəkət Partiyasının seçicilərdən ciddi dəstək aldığını, 2018-ci ildəki seçkilərlə müqayisədə bir çox bölgədə səslərini artırdığını qeyd edib.

Ərdoğan DHP-nin seçkilərdəki uğuru münasibətilə B.İzetbeqoviçi təbrik edib, Bosniya və Herseqovina dövlətinin və xalqının mənafeyi uğrunda çalışmağı dəstəklədiyini bildirib.

Xatırladaq ki, oktyabrın 2-də Bosniya və Herseqovinada Rəyasət Heyətinin üzvlərinin, iki inzibati vahid üzrə rəhbərlərin, kanton üzvləri və deputatların müəyyən olunduğu ümumi seçkilər keçirilib.

Mənbə: axar.az