Qarabağ dərsi, dərsliyə salınacaq FƏNN

Qələbə ənənəyə çevrilir.

İki il öncə bu vaxtlar Azərbaycan əsgəri torpaqlarımızın azadlığı uğrunda müqəddəs savaşa atılmışdı. 44 günün sonunda Azərbaycan əsgəri öz canı, qanı bahasına Ermənistanı işğal etdiyi torpaqlarımızdan qovdu və xalqımıza qələbə daddırdı. Heç fikir vermisiniz, indi cəmiyyətdə hər kəs nəsə axtarır, insanların içində sanki qeyri-müəyyən bir narazılıq var. Əslində bu narazılıq insanların özləri ilə bağlıdır. Azərbaycan insanı özünü, həyatını, işini bu qələbəyə uzlaşdırmaq, uyğunlaşdırmaq istəyir.

Asandımı, deyil, 30 ilin ətalətindən bir anda qopmaq… 300-500 ilin məğlubiyyətinin mənəvi, psixoloji və digər basqılarından bir anda yaxa qurtarmaq…

Ancaq insanların içində buna böyük istək var. Göz önündə Şuşa qayalarını aşan örnək ƏSGƏR var.

İstək varsa, örnək varsa YETƏR…

Azərbaycan əsgərinin xalqa bəxş etdiyi Qələbə ənənəyə çevrilir.

Bu Qələbənin atası Azərbaycan Prezidenti İlham Əliyevdir!



Praqada Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan diplomatiyasını, “böyük ermənistan” ideologiyasını məhv etdi, cəhənnəmə göndərdi.

Özü də açıq şəkildə Ermənistanı daim müdafiə edən Fransa prezidenti Emmanuel Makronun gözü baxa-baxa, elə onun öz iştirakı ilə...

…Və nəhayət, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı.

Bu, 44 günlük Zəfər tariximizin memarı İlham Əliyevin gücü, qüdrəti, Azərbaycan sevgisidir. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Şəhid övladlarına içində yanan qürurlu ata fırtınasıdır.

Bu, həm də Qarabağ dərsi idi…

Şübhə etməyin ki, bundan sonra Qarabağ dərsini bir fənn kimi Ermənistan və onun havadarları öz dərsliklərinə salacaqlar.

Azərbaycan əsgərinin xalqa bəxş etdiyi Qələbə ənənəyə çevrilir.

Sənə Qələbə çox yaraşır, Azərbaycan Xalqı!
Ənənəsi olan Qələbə əbədiyyətə məhkumdur.



“Qarabağ” FK Yunanıstanda “Olimpiakos”u darmadağın etdi, məğlub etmədi, məhz darmadağın etdi. “Olimpiakos”un qapısına vurulan üç topu rəqibin komandasında çıxış edən məşhurlar, o cümlədən dünyanın futbol ulduzu Marsello belə heyrətlə izləməyə məcbur oldu.

Hətta hakimin birmənalı şəkildə “Olimpiakos” tərəfində olması nəticəyə təsir edə bilmədi. Səbəb çox sadə idi. Ortada “Qarabağ”ın başında duran kişinin, futbolumuzun generalı Qurban Qurbanovun Vətəninə sevgisi var. General öz əsgərlərinin gücünü dünya futboluna qəbul etdirdi.

Oyun zamanı Ermənistanın havadarı olan Yunanıstanda stadiona gətirilən erməni bayrağı sonda sahibsiz şəkildə ortalıqda qaldı.

Bu, da Qarabağ dərsi idi…

Şübhə etməyin ki, bundan sonra Qarabağ dərsini bir fənn kimi Yunanıstan futbolu dərsliyə salacaq.

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Estoniya Ukraynaya yeni hərbi yardım paketi ayırıb

SONRAKI XƏBƏR

Qazın qiymətini necə aşağı salmağı müzakirə edirik - Şolts