Rus ordusu tamamilə ruhdan düşüb - Şmıqal

Rus ordusu tamamilə ruhdan düşüb - Şmıqal<span class="qirmizi"></span>

Ukrayna ilə Rusiya arasında dondurulmuş münaqişə olmayacaq, çünki ölkəmiz beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bütün ərazilərini azad etmək əzmindədir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Baş naziri Denis Şmıqal deyib.

"Mən əminəm ki, dondurulmuş münaqişə olmayacaq, biz 1991-ci ildən etibarən beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bütün ərazilərimizi azad etməkdə qəti qərarlıyıq - bu, bizim məqsədimizdir. Ordumuz torpaqlarımızı azad etmək üçün çox yüksək motivasiyaya malikdir. Rus ordusu tamamilə ruhdan düşüb, rus əsgərləri bir nəfərin anlaşılmaz istəkləri üçün niyə canlarını verməli olduqlarını başa düşmürlər", - Şmıqal vurğulayıb.

Mənbə: axar.az