Liviya və Türkiyə Aralıq dənizi qaz şelfini inkişaf etdirəcək

Liviya və Türkiyə Aralıq dənizi qaz şelfini inkişaf etdirəcək<span class="qirmizi"></span>

 

Türkiyə və Liviya Aralıq dənizində qaz şelfini birgə inkişaf etdirmək niyyətindədirlər.

Bu barədə Liviya Baş naziri Abdel-Hamid Dbeiba bildirib.

Dbeiba Krit adasının cənub-şərqində Aralıq dənizi regionunun inkişafı planlarından danışıb.

Eyni zamanda baş nazir Liviyanın regionla bağlı planlarını açıqlayıb. Həmçinin Türkiyə-Liviya enerji əməkdaşlığı sazişinə dair hər hansı tənqidi qəbul etmədiyini vurğulayıb.

“Anlaşma memorandumlarını imzalamaq bizim hüququmuzdur. Biz digər dövlətlərlə əməkdaşlığı inkişaf etdirmək üçün yüzlərlə belə sazişə imza atmışıq”, - deyə o qeyd edib.

Xatırladaq ki, bazar ertəsi (3 oktyabr) bağlanan saziş Ankara ilə əvvəlki administrasiya arasında 2019-cu ildə Tripolidə imzalanmış razılaşmaya əsaslanır.

Mənbə: “France 24”

Mənbə: www.oxu.az