Niderland vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb

Niderland vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb<span class="qirmizi"></span>

Niderland Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İranda davam edən etirazlar səbəbindən adıçəkilən ölkəyə səfər etməkdən tamamilə çəkinməyə çağırıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Səyyahlar üçün xəritədə artıq bütün İran qırmızı rəngə boyanıb, yəni bu ölkəyə səyahət heç bir halda tövsiyə edilmir. Buna səbəb kimi 22 yaşlı Məhsa Əmininin ölümü fonunda başlayan etiraz aksiyaları göstərilir.

“Tövsiyələrdə dəyişiklik nümayişlərin zorakılıqla müşayiət olunması ilə bağlıdır”, - XİN-dən bildirilib.

Mənbə: report.az