“Putinin sözlərini və təhdidlərini ciddi qəbul edirik”

Avropa İttifaqı rəhbərliyi ABŞ Prezidenti Co Baydenin Rusiya təhdidinə görə "nüvə qiyaməti" riskinin yüksək olduğunu deməsindən sonra Rusiyanın təhdidlərini ciddiyə aldıqlarını və təhdidlərə boyun əyməyəcəklərini açıqlayıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula von der Leyen Çexiyanın paytaxtı Praqada mətbuat konfransından sonra jurnalistlərin suallarını cavablandıran zaman danışıblar.

Nüvə silahından istifadə ilə bağlı təhdidləri eşitdiklərini deyən Mişel Rusiyanın Ukraynadakı Avropanın ən böyük nüvə stansiyası olan Zaporojyeya 500 əsgərlə nəzarət etdiyini xatırladıb.

"Biz nüvə təhlükələrinə boyun əyməyəcəyik, soyuqqanlılığımızı qoruyacağıq və hər zaman belə məsuliyyətsiz təhdidləri pisləyəcəyik", - Mişel bildirib.

AB Komissiyasının sədri von der Leyen isə, "Rusiya Prezidenti Vladimir Putinin sözlərini və təhdidlərini ciddi qəbul edirik. Onun heç bir sözü ilə şantaj edilməyəcəyik" qeyd edib.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Kremldə Putini tənqid edirlər: "Hesab edirlər ki, Putin tərslik edir"

SONRAKI XƏBƏR

Gözlənilən oldu: İrəvan özünü təkzib edib, şantaja başladı