BAEA: “Zaporojye AES-in 6-cı enerji blokunda zədələnmə var”

BAEA: “Zaporojye AES-in 6-cı enerji blokunda zədələnmə var”<span class="qirmizi"></span>

 

“Zaporojye Atom Elektrik Stansiyasının altıncı enerji blokunun elektrik ötürücü xətti zərbələr nəticəsində zədələnib”.

Bu barədə Beynəlxalq Atom Enerjisi üzrə Agentlik açıqlama verib.

Daha əvvəl təşkilatın baş direktoru Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasında agentliyinin ekspertlərinin ilk rotasiyasının baş tutduğunu bildirmişdi. Həmçinin gücləndirilmiş mütəxəssislərdən qrupun fəaliyyəti barədə məlumat verilmişdi.

Eyni zamanda qeyd edilmişdi ki, Zaporojye AES-ə gələcək BAEA mütəxəssisləri AES-in enerji bloklarının işə salınmasına kömək edəcəklər. Yeni qrupa İrlandiya, Kanada, Litva və Slovakiya vətəndaşlarının daxildir.

Mənbə: Gazeta.ru

Mənbə: www.oxu.az