Paşinyan Ermənistanın nə qədər borcu olduğunu BİLMƏDİ - VİDEO

Paşinyan Ermənistanın nə qədər borcu olduğunu BİLMƏDİ - VİDEO<span class="qirmizi"></span>

"İndi çoxlu spekulyasiyalar var, deyirlər, Ermənistanın dövlət borcu 7 milyard dollar olub."

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib.

Onun bu çıxışından sonra maliyyə naziri Tiqran Xaçatryan Paşinyana, "7 milyard?" - deyə sual ünvanlayıb, o isə cavabında "Bəli, neçə milyard olub?”, - deyib.

Daha sonra Tiqran Xaçatryan bildirib ki, Ermənistanın dövlət borcu 10 milyarda çatıb.

Paşinyan isə çıxışına davam edərək, "Bizim problemimiz borcumuzun 10 və ya 15 milyard olmamasında deyil, bizim problemimiz ondan ibarətdir ki, borcumuz ÜDM-ə nisbətdə artmamalı, azalmalıdır”, - deyə qeyd edib.

Gülayə Mecid

Mənbə: www.unikal.org