Rusiyadan Türkiyənin mümkün Suriya əməliyyatına münasibət

Rusiyadan Türkiyənin mümkün Suriya əməliyyatına münasibət<span class="qirmizi"></span>

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyənin Suriyada həyata keçirəcəyi mümkün quru əməliyyatları barədə açıqlama verib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, Suriya torpaqlarında yeni hərbi əməliyyatın təşkil edilməsi gərginliyi artıracaq. Zaxarovanın sözlərinə görə, sərhəddəki problemlərin həll edilməsinin ən yaxşı vasitəsi Türkiyə və Suriya hökumətləri arasında dialoqun qurulmasıdır.

“Türkiyənin suverenliyinə təhdid olduğunu başa düşürük. Bununla belə, Suriyada yeni quru əməliyyat gərginliyin artmasına gətirib çıxaracaq və bu da terrorçuların fəaliyyəti üçün zəmin hazırlayacaq” - Zaxarova deyib.

 

Mənbə: metbuat.az