Moldova Rusiya "asılılığından" bu yolla qurtulur

Moldova parlamenti noyabrın 24-də keçirilən iclasda enerji sektorunda “Rusiya Federasiyasından asılılıqdan” xilas olmaq üçün respublikaya əlavə 19,5 milyon dollar qrant almağa imkan verən sənədi ratifikasiya edib.

Publika.az xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, maliyyə vəsaiti Moldovanın enerji təhlükəsizliyinin gücləndirilməsi, əsas elementləri Avropa sistemlərinə birləşdirərək Rusiyadan asılılığın azaldılması və təbii qaz təchizatının şaxələndirilməsi, həmçinin enerji səmərəliliyinin artırılması üçün istifadə olunacaq.

Əlavə maliyyə ayrıldıqdan sonra Moldova ABŞ-dan, ümumilikdə 172,7 milyon dollar alacaq.

 

Bundan əvvəl Kişinyov meri bildirib ki, elektrik enerjisi olmadığı üçün şəhər susuz qala bilər. Eyni zamanda, ölkə prezidentinin ölkədəki enerji problemləri fonunda Təhlükəsizlik Şurasının təcili iclasını çağırdığı bildirilir.

Akqabay

Publika.az

ƏVVƏLKİ XƏBƏR

"Bu, Laçın dəhlizi ilə bağlı addım atılacağına dair mesajdır" - Hərbi ekspert

SONRAKI XƏBƏR

Azərbaycanda 2 yaşlı oğlunu 9 yerindən bıçaqladı - HADİSƏNİN TƏFƏRRÜATI + VİDEO