Avropa Parlamenti gələn il Kiyevə 18 milyard avro yardım ayrılmasını dəstəkləyib

Avropa Parlamenti gələn il Kiyevə 18 milyard avro yardım ayrılmasını dəstəkləyib<span class="qirmizi"></span>

Avropa Parlamenti 2023-cü ildə Kiyevə 18 milyard avro həcmində makromaliyyə yardımı ayrılmasını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola özünün tviter hesabında yazıb.

“Avropa Parlamenti Ukraynaya 18 milyard avro yardımın ayrılmasını təsdiqləyib. Kiyevə dəstəyimiz artır”, - deyə Roberta Metsola səsvermədən sonra bildirib.

Hazırda Kiyev Brüssel tərəfindən bu ilin yayında təsdiqlənən 9 milyard avro həcmində makromaliyyə yardımı proqramı çərçivəsində dəstək alır. Bu vəsaitin 5,5 milyardı artıq Ukraynaya təhvil verilib, daha 500 milyon avro dekabr ayında ayrılacaq. Avropa Komissiyası sədrinin icraçı müavini Valdis Dombrovskisin sözlərinə görə, proqramın qalan 3 milyard avroluq hissəsi isə gələn ilin kredit paketinə daxil ediləcək.

Mənbə: azertag.az