Saakaşvilini zəhərləyiblər?

Saakaşvilini zəhərləyiblər?<span class="qirmizi"></span>

Gürcüstanın Milli Məhkəmə Ekspertizası Bürosu Ədliyyə Nazirliyinin sifarişi ilə eks-prezident Mixail Saakaşvilinin zəhərlənib-zəhərlənmədiyini yoxlayacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Gürcüstan Ədliyyə Nazirliyinin müavini Beka Dzamaşvili bildirib.

Qeyd edək ki, Saakaşvili özü onun heç vaxt zəhərlənmə şübhəsi olmadığı açıqlamasını verib.Ona görə də, şübhələri tam aradan qaldırmaq üçün Məhkəmə Ekspertizası Bürosu ekspertiza təyin edib.

Bu arada Dzamaşvili Gürcüstan qanunlarının məhkumun cəzasını yalnız respublika daxilində çəkməsinə icazə verdiyini xatırladıb. Onun sözlərinə görə, yalnız məhkəmə cəzanı başqa yerə köçürə və ya təxirə sala bilər, bu halda Ədliyyə Nazirliyi ona tabe olacaq. Lakin idarənin özbaşına kimisə xaricə müalicəyə göndərmək hüququ yoxdur.

Xatırladaq ki, noyabrın 19-da Saakaşvilinin vəkili Valeri Qelbaxiani və anası Giuli Alasaniya onun ağır metallardan, o cümlədən civədən zəhərləndiyini bildiriblər. Onların fikrincə, bunu NPO Empatiya-nın hələ dərc olunmamış tibbi hesabatı sübut edir.

Mənbə: sia.az