Serbiyaya xəbərdarlıq edilib?

Rusiyaya qarşı sanksiyalar tətbiq ediləcəyi təqdirdə, Belqraddan dərhal özünü elan etmiş Kosovo respublikasının müstəqilliyini tanıması tələb olunacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikirləri Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

Vuçiç xatırladıb ki, Avropa İttifaqı Serbiyadan Kosovonun tanınmasını istəyir və Priştinanı dəstəkləyən Avropa Parlamentinin deputatlarının 79 faizinin tələbi ən mühüm mesajdır.

Serb prezidentin fikrincə, Rusiyaya qarşı sanksiyalar tətbiq etsək, ertəsi gün bizi tərifləyəcək, kürəyimizə sığal çəkəcək, ertəsi gün isə Kosovonun tanınmasını tələb edən və başqa tələblərlə davam edən yeni qətnamə ilə çıxış edəcəklər.

Qeyd edək ki, Avropa Parlamentinin Xarici Siyasət Komitəsi daha əvvəl, Avropa İttifaqında Serbiya üzrə danışıqlarda irəliləyişın yalnız bu ölkənin Rusiyaya qarşı sanksiyalara qoşulacağı təqdirdə mümkün olacağı bildirilmişdi.

Bundan əvvəl Avropa Komissiyası 2022-ci il üçün hesabatını açıqlayıb. Belə ki, bu hesabatda Serbiya və Avropa İttifaqının xarici siyasətlərində uyğunluq səviyyəsində “əhəmiyyətli bir azalma”ya işarə edilir. Son iki ildə bu rəqəm 64 faizdən 45 faizə düşüb.

Xatırladaq ki, Serbiya Avropa İttifaqında Rusiyaya qarşı sanksiyaları dəstəkləməyən yeganə namizəddir. Serbiya prezidenti Aleksandar Vucic “Serbiyaya dəyən zərər əhəmiyyətli dərəcədə artana qədər və fərqli reallığı qəbul etməyənə qədər” sanksiyalar tətbiq etməyəcəyini deyib.

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Qayda pozdu, yolun ortasında dayanıb özünü haqlı bildi - VİDEO

SONRAKI XƏBƏR

Qarabağı QAN ÇANAĞIna döndərmək istəyirlər - Xankəndi üçün Xerson PLANI