Rumıniya parlamenti Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb

Rumıniya parlamenti Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb<span class="qirmizi"></span>

Rumıniya deputatları və senatorları noyabrın 23-də birgə iclasda Ukraynada 1932-1933-cü illərdə baş vermiş aclığın Ukrayna xalqına və bəşəriyyətə qarşı törədilmiş cinayət kimi tanındığı bəyannamə qəbul ediblər.

SİA bu barədə xarici qaynaqlara istinad edir.

Sənəddə Rumıniya Parlamenti Ukrayna xalqına qarşı milyonlarla qurbana, vətəndaşların əsas hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasına səbəb olan bu aktı pisləyir.

Deputatlar, bəyannamədə qeyd olunduğu kimi, bu faciədə əziyyət çəkən Ukrayna xalqı ilə həmrəy olduqlarını bildirir, 1932-1933-cü illər aclığının milyonlarla qurbanının xatirəsini ehtiramla yad edirlər.

Ukraynada 1932-1933-cü il hadisələri rəsmən soyqırım kimi tanınır. Ukrayna Tarixi İnstitutunun məlumatına görə, Ukrayna SSR-də aclıqdan itkilər təxminən 4 milyon nəfər, İttifaqın digər bölgələrində isə daha 3 milyon nəfər təşkil edib.

Xatırladaq ki, 2018-ci ildə ABŞ Senatı Ukraynadakı Qolodomoru soyqırım kimi tanıyan qətnaməni dəstəkləyib. Qəbul edilmiş qətnamənin mətnində deyilir ki, SSRİ-nin Stalinist hökumətinin “Ukraynada qəsdən aclıq yaratmaq” qərarına görə milyonlarla insan həlak olub.

2022-ci il aprelin əvvəlində Çexiya parlamentinin aşağı palatası Qolodomoru soyqırım kimi tanıyan qətnamə qəbul etdi. Deputatların bu “Ukrayna xalqına qarşı cinayəti, kütləvi repressiyaları və insan hüquq və azadlıqlarının pozulmasını” pislədikləri bildirilir.

 

Mənbə: sia.az