"Bu il qeydə alınan cinayətlərin 6,9%-ni qadınlara qarşı zorakılıq təşkil edib"

2022-ci ilin 9 ayında Azərbaycanda 3945 münaqişəli ailə qeydiyyata götürülüb. AzVision.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla işin təşkili şöbəsinin rəis müavini İmran Əliyev "Gender əsaslı Zorakılıqla Mübarizə üzrə 16 Günlük Fəallıq Kampaniyası” media müstəvisində adı altında keçirilən tədbirdə deyib. O bildirib ki, bu il qeydə alınan cinayətlərin 6,9 faizini, yəni 1789 faktı qadınlara qarşı zorakılıq hadisələri təşkil edib.

"Cinayətlərin qarşısının alınması, açılması istiqamətində adekvat tədbirlər davam etdirilir".

Aytən Zəhra
 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Biz öz doğma torpaqlarımızı yenidən dirçəldəcəyik - Kəlbəcər sakini

SONRAKI XƏBƏR

İranda Xameneinin bannerinə od vuruldu