İran İraqla sərhədə zirehli texnika toplayır

İran ölkənin qərb və şimal-qərb sərhədlərinə zirehli texnika toplayır.

"Unikal" xəbər verir ki, bunu İranın İslam İnqilabı Keşikçilər Korpusunun Quru Qoşunlarının komandanı Məhəmməd Pakvər deyib.

O bildirib ki, separatçı anti-İran terror qruplarının ölkənin şimal-qərbindəki hərəkatlarının ardınca, İran İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunları ölkənin İraqla sərhəd bölgəsində öz qüvvələrini gücləndirərək təhlükəsizlik üçün bölgəyə zirehli texnika yerləşdirir.

"Hazırda Quru Qoşunların bəzi zirehli bölmələri və xüsusi təyinatlıları ölkənin qərb və şimal-qərbindəki (Kürdüstan və Qərbi Azərbaycan vilayətləri-İraq sərhədi) sərhəd əyalətlərinə yola düşüb. Bu addım sərhəddə yerləşən bölmələri gücləndirmək və İraqın şimal bölgəsində yerləşən terrorçu qrupların ölkəyə daxil olmasının qarşısını almaq məqsədilə həyata keçirilir", o deyib.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Zelenski Qərbdən qaz istədi

SONRAKI XƏBƏR

Ayün Kazımovanın qızı İlqarədən YENİLİK: "Məni efirdə də görəcəksiniz" - FOTO