Rusiyada səfərbər olunan məmur müəmmalı şəkildə öldü

Rusiyada səfərbər olunan məmur müəmmalı şəkildə öldü<span class="qirmizi"></span>

Rusiyanın Tümen bölgəsində yerləşən təlim mərkəzlərindən birində səfərbərliyə alınan vətəndaşlardan biri gözlənilmədən keçinib. AzVision.az xəbər verir ki, bu barədə "Meduza" məlumat yayıb. Həkimlər deyib ki, onun səhhətindən şikayət olmayıb. Amma səfərbər olunan rusun ürəyi dayanıb.

Nəşr yazır ki, ölən şəxs Perm diyarının Sosial İnkişaf Nazirliyinin departamentinin əməkdaşı Dmitri Moşev olub. 49 yaşlı məmur əvvəllər də ürəyində hansısa problemin olması ilə bağlı həkimlərə müraciət etməyibmiş.

Qeyd edək ki, sentyabr ayından başlanan səfərbərlik zamanı xeyli qalmaqallar yaşanıb. Bəziləri intihar edir. Digərləri qeyri-müəyyən şəraitdə ölür. Bu günlərdə isə səfərbər olunanlardan biri Kursk vilayətində ehtiyatsızlıqdan həmkarını avtomatla güllələmişdi.

Tural Tağıyev

 

Mənbə: azvision.az