Əliyevlə Paşinyan görüşəcək? - Peskov AÇIQLADI

Moskva münaqişənin həllində Bakı və İrəvana kömək etməkdə davam edir, ancaq Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqların yaxın gələcəkdə Rusiyada keçirilməsi nəzərdə tutulmur.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iki lider arasında danışıqlar üçün RF-nin meydan verməyə hazır olub-olmaması ilə bağlı suala cavablandırarkən bildirib.

Onun sözlərinə görə, hələlik Rusiyada belə bir görüş nəzərdə tutulmayıb.

Aqreqator.az

ƏVVƏLKİ XƏBƏR

Xanımların DİN-in emblemi olan maşındakı görüntüləri müzakirələrə səbəb oldu - VİDEO

SONRAKI XƏBƏR

Rişarilson vurduğu qolu məşq edibmiş - VİDEO