Ermənistanda müxalif deputat istefa verdi


Ermənistan parlamentinin müxalifət “Ermənistan” fraksiyasının deputatı Aram Vardevanyan bu gün istefası ilə bağlı bəyanat verəcək.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
Deputat bildirib ki, qərar şəxsi səbəblərə görə verilib, həmkarları ilə müzakirə olunub.
O, vəkillik təcrübəsinə qayıtmaq niyyətində olduğunu, lakin eks-prezident Robert Köçəryanın və həmkarlarının blokunu dəstəkləməkdə davam edəcəyini bildirib.
Qeyd edək ki, daha əvvəl Ermənistan mətbuatında deputatlar Vahe Akopyan, Armen Çarçyan, İşxan Saqatelyan və Aram Vardevanyanın parlamenti tərk etmək niyyətində olduqları barədə məlumatlar yayılıb.

Yeniavaz.com

ƏVVƏLKİ XƏBƏR

İnam Kərimov konfransda çıxış etdi - FOTOLAR

SONRAKI XƏBƏR

Ən məşhur YouTube ulduzlarından biri Qəbələdə oldu, heyran qaldı - VİDEO