Bu ölkədə abort konstitusiya hüququ olacaq

Bu ölkədə abort konstitusiya hüququ olacaq<span class="qirmizi"></span>

Fransa parlamentinin aşağı palatasında abortun konstitusiya hüququ kimi qəbul edilməsi ilə bağlı qanun qəbul edilib.

Ednews Anadolu Agentliyinə istinadən xəbər verir ki, müxalif solçu “La France Insoumise” partiyası tərəfindən irəli sürülən qanun layihəsinə 337 lehinə, 32 əleyhinə səs verib. 18 nəfər millət vəkili isə birtərəf qalıb.

Prezident Emmanuel Makronun rəhbərlik etdiyi partiyadan olan millət vəkilləri də qanun layihəsinin lehinə səs veriblər. Onlar hesab edirlər ki, bu qanun qadınlara könüllü şəkildə hamiləlikdən xilas olmaq hüququ verəcək.

Qanun layihəsinin konstitusiyaya daxil edilməsi üçün Senatın səs çoxluğuna, daha sonra isə ictimai referendumda təsdiqlənməsinə ehtiyac var.

Yunis Abdullayev

 

Mənbə: ednews.net