Beynəlxalq arenada Azərbaycanın rolu getdikcə daha da yüksəlir - Laszlo Vasa

Beynəlxalq arenada Azərbaycanın rolu getdikcə daha da yüksəlir -  Laszlo Vasa<span class="qirmizi"></span>

Beynəlxalq arenada Azərbaycanın rolu getdikcə daha da yüksəlir.

Bunu bu gün Milli.Az-a özəl açıqlamasında Macarıstan Xarici Əlaqələr və Ticarət İnstitutunun professoru Laszlo Vasa deyib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq nəqliyyat marşrutları boyunca əsas tranzit ölkələrdən biridir.

"Azərbaycan yalnız iqtisadi cəhətdən yox, eyni zamanda apardığı uğurlu xarici siyasətlə də beynəlxalq arenada öz yerini tutub. Beynəlxalq siyasətdə Azərbaycan çox aktiv rol oynayır. Həm torpaqlarını azad edib, sülh prosesini dəstəklədiyi üçün yox, həm də dünyada sülhə dəstək verdiyi üçün Azərbaycan mühüm rola sahibdir. Bu səbəbdən beynəlxalq arenada əhəmiyyəti gün keçdikcə artır", - deyə o bildirib.

Qeyd edək ki, bu gün Bakıda, ADA Universitetində "Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də yer alıblar.

Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunub. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Milli.Az

Mənbə: news.milli.az