Paşinyanın müavini İrana anti-Bakı bəyanatlarına görə təşəkkür etdi

Paşinyanın müavini İrana anti-Bakı bəyanatlarına görə təşəkkür etdi<span class="qirmizi"></span>

Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan İranı tərif edən fikirlər səsləndirib. AzVision.az xəbər verir ki, o, İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Zohuri ilə görüşdə deyib ki, İranla əlaqələrin inkişaf etdirilməsi vacibdir. Qriqoryan Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlardan sonra Tehranın məqsədyönlü bəyanatlarına, Azərbaycan əleyhinə səslənən fikirlərə görə minnətdarlığını bildirib.

Tərəflər həmçinin regional kommunikasiyaların bağlanması halında Ermənistan və İran arasında dəmiryol xəttinin istifadəyə verilməsi imkanlarını da müzakirə ediblər. Ermənistan hökumətinin sədr müavini və iranlı diplomat həmçinin, xüsusilə enerji və nəqliyyat sahəsində əməkdaşlığın əsas istiqamətlərini qeyd ediblər.

Tural Tağıyev

 

Mənbə: azvision.az