Amanda Pol: “Aİ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında mühüm rol oynayır”

Amanda Pol: “Aİ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında mühüm rol oynayır”<span class="qirmizi"></span>

“Avropa İttifaqı (Aİ) regiona daha çox diqqət ayırmağa başlayıb, eyni zamanda, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına töhfəsini verməyə çalışır”.

"Report" xəbər verir ki, bunu jurnalistlərə Brüssel Avropa Siyasəti Mərkəzinin eksperti Amanda Pol deyib.

O, bu gün Bakıda “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə baş tutmuş görüşün çox maraqlı keçdiyini, görüş zamanı geniş spektrli məsələlərin müzakirə edildiyini bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynaya müdaxilə etdikdən sonra Aİ regiona daha çox diqqət ayırmağa başlayıb: "Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında mühüm rol oynayır. Cənubi Qafqaz Avropa İttifaqı üçün çox vacib regiondur".

A.Pol vurğulayıb ki, Rusiya üçün bu məsələdə təsirini necə itirdiyini izləmək çox çətindir.

Mənbə: report.az