Britaniya Müdafiə Nazirliyi ordunun maliyyəsini artırmağı tələb edib

Britaniya Müdafiə Nazirliyi ordunun maliyyəsini artırmağı tələb edib<span class="qirmizi"></span>

 

Ben Uollesə görə Britaniya ordusu ölkə hüdudlarından kənarda əməliyyat aparmaq iqtidarında deyil…

PİA.az xəbər verir ki, Britaniyanın müdafiə naziri Ben Uolles “The Times” qəzetinə verdiyi müsahibədə xəbərdarlıq edib ki, Britaniya ordusunun hazırkı sayı “evdə oturmaq və paravoz kimi fit vermək” üçün kifayətdir.

Qeyd edək ki, Osloya səfəri zamanı bu mövzu ilə bağlı jurnalistlərə açıqlama verən nazir Britaniya ordusunun hazırda son 200 ilin ən az maliyyəyə sahib olduğunu vurğulayıb. Nazir təmsil olunduğu hökümətdən ordunun maliyyəsinin artırılmasını istəyib.

“The Times” qəzetinin yazdığına görə, Müdafiə Nazirliyi maliyyə çatışmamazlığı ucbatından ordunu 10 min nəfər məcburiyyətində qala bilər. Eyni zamanda, Uollesin sözlərinə görə, Britaniyanın müdafiəsinin bəzi elementləri “dərin həssas” olaraq qalır.

Uolles ordunun maliyyələşdirilməsinin baş nazir Rişi Sunakın ambisiyalarından asılı olacağını etiraf edib. Nazir həmçinin bildirib ki, indi Britaniya ordusu ölkə hüdudlarından kənarda əməliyyat aparmaq iqtidarında deyil.

pia.az

Mənbə: pia.az