Sülhməramlıların Qarabağda var olma SƏBƏBLƏRİ: Azərbaycan Rusiya ilə də müharibəni gözə almalıdır - ŞƏRH

Sülhməramlıların Qarabağda var olma SƏBƏBLƏRİ: Azərbaycan Rusiya ilə də müharibəni gözə almalıdır - ŞƏRH<span class="qirmizi"></span>

 

“Azərbaycan öz suverenliyini bərpa etmək üçün lazım gələrsə, Rusiya ilə də müharibə etməlidir”.

Bu sözləri Rusiyanın Qarabağdakı davranışı və Azərbaycanın Laçın dəhlizi ilə bağlı bəyanatlarını dəyərləndirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında deyib.

Sərdar Cəlaloğlu bildirib ki, Azərbaycan Rusiya ilə də müharibəni gözə almalıdır:

“Rusiyanın nə Laçın dəhlizi, nə də Qarabağdakı vəziyyətlə bağlı heç bir səlahiyyəti yoxdur. Rusiya ermənilərlə Azərbaycan arasında atəşkəs rejiminin pozulmasının qarşısını almaq üçün vasitədir. Azərbaycan da əgər antiterror əməliyyatı keçirəcəksə və o ərazilər üzərində yuristiksiyasını bərpa edəcəksə, bu Azərbaycanla Ermənistan arasında belə münaqişə obyekti ola bilməz.

Azərbaycan öz suverenliyini bərpa etmək üçün lazım gələrsə, Rusiya ilə də müharibə etməlidir. Ukrayna təcrübəsi göstərdi ki, Rusiyanın qarşısına çıxıb mövqe qoymayanda öz bildiyini edir. Gərək Rusiyanın qarşısında mövqe nümayiş etdirəsən. Azərbaycan Rusiyadan qorxmadan Qarabağa qoşun yeridib oradakı prosesləri nəzarət altına almalıdır. Hər gün daha çox itki verməyimiz, hər gün daha çox düşmən qazanmağımız deməkdir. Hər bada verilən gün 100 Azərbaycan əsgərinin həyatı deməkdir. Bunu bilmək lazımdır”.

Səxavət Məmməd

Mənbə: yenicag.az