Azərbaycanlı alim Əlcəzairdə keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycanlı alim Əlcəzairdə keçirilən beynəlxalq konfransda çıxış edib<span class="qirmizi"></span>

 

Bakı, 25 noyabr, AZƏRTAC

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Zöhrə Əliyeva Əlcəzairdə keçirilən beynəlxalq onlayn konfransda iştirak edib.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Qeyd olunub ki, azərbaycanlı alim Seyid Yəhya Bakuvinin davamçısı, Rəhmaniyyə təriqətinin yaradıcısı Seyid Məhəmməd Əbdürrəhmanın həyat və yaradıcılığına həsr olunmuş beynəlxalq konfransın videoçıxışla açılışını edib. Zöhrə Əliyeva məruzəsində Seyid Yəhya Bakuvinin həyat və yaradıcılığından, o cümlədən Azərbaycan və İslam tarixində oynadığı əhəmiyyətli rolundan ətraflı şəkildə söhbət açıb. O, həmçinin Seyid Yəhya Bakuvinin sufi təriqətlərindən biri olan xəlvətiliyin inkişaf etdirilməsi, onun prioritet istiqamətlərinin müəyyən edilməsi və uzaq Əlcəzairə qədər yayılmasında göstərdiyi xidmətlər haqqında məlumatları konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Məruzə əlcəzairli alimlər tərəfindən maraqla qarşılanıb və fikir mübadiləsi aparılıb.

Bundan əlavə, konfransda Azərbaycan-Əlcəzair iqtisadi, mədəni və siyasi əlaqələri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı və s. mövzular müzakirəyə çıxarılıb.

 

Mənbə: azertag.az