Köçəryanın keçmiş vəkili deputat mandatından imtina etdi

Köçəryanın keçmiş vəkili deputat mandatından imtina etdi<span class="qirmizi"></span>

"Bu gün deputat mandatından imtina ilə bağlı ərizə verəcəyəm".

Redaktor.az "news.am"a istinadla xəbər verir ki, bu barədə "Ermənistan" blokundan olan deputat Aram Vardevanyan öz feysbuk səhifəsində yazıb.

Həmkarları ilə bu barədə aydın və səmimi müzakirə apardığını bildirən deputat mandatdan istefasının özünün şəxsi qərarı olduğunu deyib.

"Mən deputat dostlarıma, həmkarlarımıza bacardığım qədər dəstək olacağam... Hüquq ictimaiyyətinə qayıdıram, görüləsi çox iş var”, - o, qeyd edib.

Qeyd edək ki, Aram Vardevanyan Ermənistanın eks-prezidenti Robert Köçəryanın keçmiş vəkili olub.

T.İSMAYIL

Mənbə: redaktor.az