Emin Əmrullayev: "1654 bağçada 116 min uşaq üçün yer var"

Hazırda Elm və Təhsil Nazirliyinin tabeliyindəki bağçalarda 16 min boş yer var. Lakin valideynlər öz istəklərinə uyğun bağçaya uşaqları yerləşdirmək istəyir və problem yaşanır. AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev brifinqdə deyib. Onun sözlərinə görə, bağçalardakı boş yerlərə qəbulun aparılması üçün həftənin müəyyən günlərində müvafiq portal yaradılacaq: "Məqsəd valideynləri boş yerləri görməsi və uşaqları qeydiyyat keçirməkləridir".

Nazir qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrində tərbiyəçilərin mərkəzləşdirilmiş qaydada işə qəbul müsabiqəsində 4539 namizəd qeydiyyatdan keçib. "Onlardan 739 nəfər imtahana buraxılıb. Bunlardan 332 nəfəri uğur qazanıb. Lakin 122 vakant yerimiz var. Burada yenidən müsabiqə vəziyyəti yatanlr".

Aytən Zəhra

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

İran futbolçuları dövlət himnini oxuduqlarına görə fitə basıldılar

SONRAKI XƏBƏR

Ağcabədidə poliatlon çoxnövçülüyü üzrə rayon turnirinin qalibləri müəyyənləşib