Saakaşvilinin azərbaycanlı SİLAHDAŞI: “Siyasi fəaliyyətimi hələ bərpa etməmişəm”

 

“O addımı atmağımın səbəbi haqda o vaxt danışmadım, indi də danışmaq istəmirəm”.

Bu fikirləri Gürcüstan parlamentinin müxalifətdəki Vahid Milli Hərəkat Partiyasından (VMHP) sabiq deputatı Azər Süleymanov Yenicag.az-a açıqlamasında deyib.

Keçmiş parlamentari ötən ilin avqustunda verdiyi siyasətdən və VMHP-dən uzaqlaşmaq qərarının dəyişmədiyini deyib:

“Bəyan etdiyim kimi, artıq bir ildən çoxdur, hər hansı siyasi fəaliyyətlə məşğul olmuram.

Bu addımı atmağımın səbəbi haqda o vaxt danışmadım, indi də danışmaq istəmirəm. Nələrisə yada salmaq, keçmişə qayıtmağa ehtiyac yoxdur.

Təbii, müəyyən işlərlə məşğul oluram. Amma onların içində siyasət yoxdur. Hələ ki vəziyyət belədir.

Nə vaxtsa siyasətə qayıdası olsam, bunu bəyan edəcəyəm. Ancaq hələlik bu barədə heç nə fikirləşmirəm”.

A.Zeynalov

 

www.yenicag.az

Yenicag.az

ƏVVƏLKİ XƏBƏR

Elazığda “kürsübaşı” ənənəsi, Uzun Həsəndən yadigar bürclər - REPORTAJ + FOTO

SONRAKI XƏBƏR

Serenay Sarıkaya həmkarı ilə sevgilidir? - FOTO