Emin Əmrullayev: 1235 məktəb fiber-optik internetlə təchiz olunub.

Emin Əmrullayev: 1235 məktəb fiber-optik internetlə təchiz olunub.<span class="qirmizi"></span>

Bakı, 25 noyabr, AZƏRTAC

Məktəblərimizin 1235-i fiber-optik internetlə təchiz olunub.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 25-də keçirilən brifinqdə deyib. Nazirin sözlərinə görə, bu il 403 təhsil müəssisəsi lokal internetlə təmin edilib: “Bu il məktəblərə rekord sayda - 30 minə yaxın kompüter alınıb. Növbəti il üçün bu sayı 45 minə çatdırmağı planlaşdırırıq”.

Mənbə: azertag.az