"Paşinyan KTMT əleyhinə olan layihənin həmmüəllifi idi" - Kazaryan

"Paşinyan KTMT əleyhinə olan layihənin həmmüəllifi idi" -  Kazaryan<span class="qirmizi"></span>

 

Ermənistanın Polşadakı keçmiş səfiri, Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Kazaryan baş nazir Nikol Paşinyan haqqında diqqət çəkən açıqlamalar verib. AzVision.az xəbər verir ki, o, Paşinyanın baş nazir olmamışdan əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qatı əleyhdarı olduğunu iddia edib.

"İş günüdür, amma Paşinyan Göyçədəki evində yatır" - Kazaryan - Paşinyanın yürütdüyü siyasətlə bağlı kimsə nə isə anlaya bilmir. Azərbaycan rəhbəri də bunu bəyan edib ki, rəsmi İrəvandan gələn ziddiyyətli bəyanatlara görə onlar Ermənistanın konkret mövqeləri barədə təsəvvür formalaşdıra bilmirlər. Azərbaycanın, Vaşinqtonun, Brüsselin, Moskvanın və Tehranın təqdim etdiyi təkliflərlə eyni vaxtda razılaşan insanı başa düşmək həqiqətən çətindir”, - eks-səfir 168TV telekanalının efirində deyib.

Noyabrın 23-də İrəvanda keçirilən KTMT sammitinin nəticələri barədə danışan Kazaryan vurğulayıb ki, “Bu yeni xəbər deyil ki, indiki hakimiyyət İrəvanın KTMT-dən çıxmasını istəyir. Onlar buna çoxdan cəhd edirdilər. Üstəlik, Paşinyan baş nazir vəzifəsinə seçilməzdən əvvəl fraksiya rəhbəri kimi KTMT-dən çıxmağı nəzərdə tutan bəyanat layihəsinin həmmüəllifi olub".

Tural Tağıyev

 

 

Mənbə: azvision.az