Rusiyalı general əsəbiləşdi: “Ukrayna xalqını qəzəbləndiririk”

"Orduya Dəstək" Hərəkatının sədri, Rusiya Dövlət Dumasının deputatı, general-leytenant Viktor Sobolyev xüsusi hərbi əməliyyat zamanı nüvə silahından istifadəyə çağırış edən rusiyalı ekspertləri kəskin tənqid edib.

Publika.az xəbər verir ki, Sobolyevin fikrincə, söhbət təkcə onun hərbi və siyasi baxımdan məqsədəuyğun olmamasından getmir, sırf insani nöqteyi-nəzərdən Ukraynaya heç bir nüvə zərbəsi endirilə bilməz.

“Əgər kimsə bu barədə danışırsa, deməli, ya başa düşmür, ya da başında nəsə var...”, - deyə general NSN-ə müsahibəsində deyib.

O xatırladıb ki, nüvə zərbəsi zamanı çoxlu sayda mülki şəxs həlak olacaq.

“Biz nəyik, barbarlar?”, - Sobolyev sual edib və əlavə edib ki, nüvə silahından istifadəyə çağırış edən ağlı başında olan bir insan təsəvvür edə bilmir.

 

O, həmçinin Ukraynanın elektrik enerjisi obyektlərinə zərbələr endirilməsinə qarşı çıxıb. Onun sözlərinə görə, bununla Ukrayna xalqını qəzəbləndirmiş olurlar. Sobolyev hesab edir ki, Qərb ölkələrindən silah və texnikanın keçdiyi dəmir yolu qovşaqlarını, tunelləri, körpüləri dağıtmaq lazımdır.

Səxavət

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Yaponiyalı qonaqlar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

SONRAKI XƏBƏR

Azərbaycanlı kişi müğənni liposaksiya etdirdi