​“İsveç və Finlandiyaya hücum olarsa NATO buna cavab verəcək”

 

“İsveç və Finlandiyaya hücum olarsa NATO buna cavab verəcək”.

Metbuat.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq belə açıqlama verib. O bildirib ki, Finlandiya və İsveçin NATO-ya üzv olması Türkiyə və Macarıstandan başqa digər 28 üzv ölkənin parlamentlərində təsdiq olunub. Stoltenberq Macarıstan və Türkiyənin də üzvlük barədə proseduru təsdiq edəcəyinə əminlik ifadə edib. NATO rəhbəri bunun üçün Türkiyə və Macarıstana çağırış edib. Stoltenberqin sözlərinə görə, İsveç və Finlandiya Türkiyə ilə imzalanmış memorandumun şərltərini yerinə yetirib.

 

 

Metbuat.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda 100-ə yaxın vəzifəli şəxs işdən çıxarılıb

SONRAKI XƏBƏR

Çində nəhəng karantin düşərgəsi tikilir