Erməni qubernatorun qardaşını qanunsuz silaha görə saxladılar

Erməni qubernatorun qardaşını qanunsuz silaha görə saxladılar<span class="qirmizi"></span>

 

Ermənistanın Şirak vilayətinin qubernatoru Nazeli Baqdasaryanın qardaşı Arman Bağdasaryan polisə aparılıb. AzVision.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan məlumat yayıb. Gümrü Ağsaqqallar Şurasının üzvü olan Arman “Kumeyri” polis şöbəsinə aparılıb. Ermənistan Polisinin mətbuat xidmətindən bildiriblər ki, o, qanunsuz silah saxlamaqda şübhəli bilinir.

Nazeli Baqdasaryan Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” partiyasından deputatı olub və 2021-ci ilin noyabrında qubernator vəzifəsinə təyin edilib.

Tural Tağıyev

 

 

Mənbə: azvision.az