NATO rəsmisi ABŞ-ın Bakıdakı səfiri ilə görüşdü

NATO rəsmisi ABŞ-ın Bakıdakı səfiri ilə görüşdü<span class="qirmizi"></span>

Bakıda keçirilən “NATO günləri” çərçivəsində ölkəmizdə səfərdə olan NATO-nun Tiflis Əlaqələr Bürosunun rəhbəri (fəaliyyət mandatı Azərbaycan və Ermənistanı da əhatə edir) Aleksandr Vinnikov ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevara ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumata əsasən, tərəflər NATO-nun Azərbaycandakı tərəfdaşlıq fəaliyyəti və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.

Mənbə: axar.az