Hindistan Ermənistanla oyun oynayır - Millət vəkili

Hindistan Ermənistanla oyun oynayır - Millət vəkili<span class="qirmizi"></span>

Hindistanın The Print qəzetində bu ölkənin Ermənistanla bağlı siyasətinə dair məqalə yer alıb. Yazıda Hindistanın Ermənistana yalnız silah satmaqla kifayətlənməməli olduğu vurğulanır. Qeyd olunur ki, Ermənistanın Silahlı Qüvvələri gücləndirilməli, onun İkinci Qarabağ müharibəsindəki məğlubiyyəti aradan qaldırmalıdır.

Maraqlıdır, Fransadan sonra Hindistanın da Ermənistana daha çox dəstək vermək qərarının arxasında nə dayanır?

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə məsələ ilə bağlı Bakupost.az -a açıqlamasında bildirib ki, Ermənistanın tərəfini tutanlar terroru dəstəkləyən ölkələrdir.

“Fransa artıq tərəf olduğuna göstərib. Ona görə də o, vasitəçi kimi danışıqlarda iştirak edə bilməz. Fransanın bəyanatları da bu ölkəni rəzil vəziyyətə salıb. Bu gün Ermənistanın müttəfiqləri terroru dəstəkləyən ölkələr kimi tanınır. Hindistana gəlincə, Azərbaycan-Pakistan dostluğu və qardaşlığı bu ölkədə qıcıq doğurur. Ona görə də Hindistan Ermənistanla müəyyən oyunlar oynayır”.

Mənbə: www.bakupost.az