Terrorçu kimi tanınmasına Rusiyanın cavabı

Terrorçu kimi tanınmasına Rusiyanın cavabı<span class="qirmizi"></span>

Aydındır ki, Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatı” “terrorçuluğa sponsorluq” kimi qiymətləndirilə bilməz.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib.

O bildirib ki, davam edən münaqişə terror cinayəti deyil, beynəlxalq humanitar hüquq normalarına və BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun aparılır:

“Dövlət özü belə cinayətin subyekti ola bilməz”.

Qeyd edək ki, Avropa Parlamentindən sonra Niderland parlamenti də Rusiyanı terrorun himayədarı olan dövlət kimi tanıyıb.

Mənbə: axar.az