"Ermənistanın sülh sazişini pozmaq çabaları özünü göstərir" -SİYASI EKSPERT ŞƏRH ETDİ

"Ermənistanın sülh sazişini pozmaq çabaları özünü göstərir" -SİYASI EKSPERT ŞƏRH ETDİ<span class="qirmizi"></span>

"Hadisələrin indiki məqamında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Xavayevi qəbul etməsi sıradan bir hadisə deyil". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətlərində də yeni gəlişmələr var. Qarabağ münaqişəsinin həllindən sonra hələ də bölgədə mövcüd olan problemlərin həlli istiqamətində də müəyyən yeni vəziyyətlər var. 10noyabr 2020-ci ildə imzalanmış Bəyannamənin bütün müddəaların Ermənistan tərəfindən sabotaj edilməsi vəziyyəti ortadadır. Eyni zamanda Ermənistanın sülh sazişini və sülh danışıqlarını pozmaq yönümündə atdığı addımlar və göstərdiyi çabaların nəticələri özünü göstərir. Nəhayət ki, Kollektiv Təhlükəsizlik Təşkilatının İrəvandakı iclasında Ermənistanın fiyaskosu prinsipcə yeni vəziyyət yaratdı. Bu şəraitdə Azərbaycan Prezidentinin Qafqazda normallaşma üzrə Rusiya prezidentinin xüsusi nümayəndəliyini qəbul etməsi və onlarla danışıqların aparmaq üçün kifayət qədər mövzular mövcuddur. Xüsusilədə bu gün keçmiş Dağlıq Qarabağın hələ də speratçıların nəzarətində olan hissəsində vəziyyətin gərginləşdirilməsi və bu prossesdə Rusiya sülh məramlı qüvvələrindən gözləntilər bu danışıqlarda xüsusi müzakirə edilməlidir. Ona görə ki, biz sülh məramlılardan 10 noyabr Bəyannaməsinin icrasına nəzarət üçün, daha qətiyyətli addımlar gözlədiyimiz halda, biz bəzi hallarda müəyyən çarpıntılar görürük. Konkret olaraq sülh məramlılar Qarabağda qanunsuz silahlı dəstələrin təşkilatçılığı yönündə addımlar atmırlar, Laçın dəhlizindən Xankəndinə yüklərin daşınması üzərində lazımı nəzarəti qurmurlar".

Mənbə: sia.az